İmanov qardaşlarından xalq artistinə hörmətsizlik
Xalq artisti Ramiz Əzizbəyli tərəfindən ekranlaşdırılan “Bəxt üzüyü”nün davamı çəkilib. “Planet Parni iz Baku” komandası tərəfindən ərsəyə gətirilən filmdə xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, əməkdar artistlər Tahir-Cabir İmanov qardaşları və başqaları rol alıb.
“Planet Parni iz Baku” komandasının Ramiz Əzizbəylidən xeyir-dua almaması qarşı tərəfin xətrinə dəyib.
Minval.İnfo xəbər verir ki, yenicag.az-a açıqlama verən xalq artisti incikliyini belə ifadə edib:
“Xəstəliklə mübarizə aparıram. Bir müddət öncə də Türkiyədə müalicə olundum. Yəni demək istəyirəm ki, başım özümə qarışıb. İndi sizdən eşidirəm ki, “Bəxt üzüyü”nün davamını çəkirlər. Tahirlə Cabir Süleyman Ələsgərov kimi böyük sənətkarın nəvələridir. İkisi də əjdaha oğlandı. Amma mənə nə zəng edib, nə də yanıma gəlib xeyir-dua istəməyiblər. Özləri bilər. Mən onlara etiraz edən deyildim, sadəcə xeyir-dua verəcəkdim. Çox istərdim ki, o filmə baxım, rəyimi bildirim.
Qeyd edək ki, film Tahir və Cabir İmanovların ssenarisi əsasında çəkilib, quruluşçu rejissor Ənvər Mansurovdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi