İlqar Məmmədova 234 min təzminat ödəniləcək - ReAL sədri bəraət aldı
Xəbər verildiyi kimi, REAL sədri İlqar Məmmədov bəraət alıb.
Musavat.com xəbər verir ki, Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında qərar qəbul edilib.
Qərara əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Şəki Apelyasiya Məhkəməsinin qərarları və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib.
Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə mənəvi təzminat təyin edib. mənəvi təminatın məbləği 234 min manatdır.
Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb.
Bildirək ki, partiyanın digər üzvü Rəsul Cəfərov da bəraət alıb. Ona isə 57 min 400 manat mənəvi təzminat ödənilməsi barədə qərar çıxarıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada prezidentliyə namizədin intim fotoları yayıldı – FOTO 18 +
Putin Türkiyəyə səfər edəcək
Novruz Məmmədov Nazirlər Kabinetinin iki şöbə müdirini işdən çıxarıb
İlham Əliyev Fərman imzaladı
Lavrov: Suriyada müharibə başa çatıb