İllərlə düşmən işğalında qalan ən qədim yaşayış məntəqəsi Azıx mağarasından REPORTAJ - FOTO/VİDEO
Noyabrın 9-da Azərbaycanın, eləcə də, dünyanın ən qədim yaşayış məntəqələrindən biri olan Xocavənd rayonunun Azıx kəndi işğaldan azad olunub.
Oxu.Az və Baku TV-nin komandası Azıx mağarasında eksklüziv görüntülər lentə alıb.
Azıx mağarası Azərbaycanda insanların yaşadığı ən qədim mağaradır. Bu mağara dünyanın ən qədim insan məskənlərindən biridir.
Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan üç kilometr aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda yerləşir.
Azıx mağarasının sahəsi 800 kvadrat kilometrdir.
Burada uzunluğu 600 metrə qədər uzanan səkkiz dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.
Qeyd edək ki, bir neçə gen əvvəl Mədəniyyət Nazirliyi Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağara düşərgəsində 2002-ci ildən etibarən xarici ekspertlərin iştirakı ilə aparılan qazıntılar aparıldığı ilə bağlı məlumat yayıb.
Bildirilib ki, qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Ermənistan Respublikasına daşınaraq mənimsənilib.
Mağaradan eksklüziv reportajı təqdim edirik:
https://youtu.be/3G2Oh90h1jA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda Putinə qarşı sui-qəsdin qarşısı necə alınıb? – VİDEO
Azərbaycanlı qız maşınla polisi vurub sürüdü və Bakıya qaçdı - FOTO - VİDEO
"Meymun çiçəyi" haqda şok faktlar: Cinsi əlaqə zamanı yayılır
Müdafiə Nazirliyində oturan “div”ləri aradan qaldırmalıyıq
Azərbaycanda 4 bank bağlanır? - Bütün səlahiyyətləri alındı...
Yeni aprel döyüşləri anonsu - İran və Rusiya qarışmayacaq...
Tünzalə Ağayeva Adnan Oktarın yaxın adamıyla – FOTOFAKT