"İlk sevgim oğlumun atası olub" - Röya
“Bir mahnı oxyanda elə bilirlər ki, sevgiliyə həsr edirsən, ya da öz həyatını göstərirsən 17 yaşımda “Səninəm” oxuyurdum, onda sevgi anlayırdım? Mənim ilk sevgim oğlumun atası olub. Bir qadın o qədər sevməlidir ki, bir kişini ondan uşaq dünyaya gətirsin. Mahnılarımı sevdikləri kişidən uşaq dünyaya gətirən qadınlar üçün oxumuşam”.
Bu sözləri Xalq artisti Röya Ayxan “MTV Azərbaycan”a açıqlamasında deyib. Müğənni karantindən, toylardan danışıb:
“Hər şeylə qəbullanan adamam. Az var az yeyəcəm, çoxdur çox… Beş ildir bir ev tikirəm: onun nazıyla oynayıram, usta ilə küsürəm tikmirəm, 8 dəfə pilləkən sökmüşəm. Bütün dünyada bu problem olduğu üçün ürəyimdən gəlmir deyim, toylar başlasın. Ailəm böyük olduğu üçün hər zaman hər şeyə hazır olmuşam. Düşünmüşəm ki, belə vəziyyət olsa, necə dolanacam”.
Röya onun adını qalmaqallarda hallandıran həmkarlarına da cavab verib:
“Onlar mən olan yerdə deyillər. Balacalarla işim yoxdur. Əlindən tutub gətirdiyim qızlar, mən sizə ancaq qapı aça bilərəm. Üzümə gələnlərə qapı açıram. Haqqımda danışanlar isə bilsinlər ki, onları görmədiyim üçün yanımda yoxdurlar. Gördüklərimə cavab verirəm”.
Qeyd edək ki, Röya iş adamı Anan Cəlilovla ailəli olub. Onun bu nikahdan Hüseyn adlı oğlu var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!