İlin ən populyar mahnıları bəlli oldu

“iHeartRadio” 2021-ci ilin ən populyar mahnılarının siyahısını açıqlayıb.
Minval.info bu ilin ən çox dinlənilən 10 mahnısını təqdim edir:
10-cu yerdə 660 milyondan çox dinlənilən Olivia Rodriqonun “Drivers license” mahnısıdır.
Bruno Mars, Anderson .Paak və Silk Sonikin “Leave The Door Open” ifası 692 milyon dəfə səsləndirilib və 9-cu pillədə qərarlaşıb.
Castin Biberin “Peaches” adlı mahnısı 696 milyondan çox dinlənilib və 8-ci yerdədir.
7-ci yerin sahibi yenə Olivia Rodriqodur. Onun “good 4 u” mahnısı 733 milyondan çox səsləndirilib.
“What You Know Bout Love” adlı ifayla Pop Smok 6-cı pillədədir. O, 810 milyon civarında dinlənilib.
Son illər yüksəlişdə olan Lil Nas İks “Call me by your name”lə 822 milyon dinlənilərək 5-ci yerdə qərarlaşıb.
4-ci yerdə Doca Kət və Szanın “Kiss me more” dueti yer alıb. Dinlənilmə sayı isə 888 milyondan çoxdur.
3-cü pillədə Airana Qrande ilə “34+35” mahnısı ilə qərarlaşıb. Mahnının 898 milyon səsləndirilməsi var.
Ze Vikend “Save your tears” mahnısı bu il 970 milyon dəfə dinlənilib. O, ikinci yerdədir.
Bu ilin ən çox dinlənilən mahnısı Dua Lipaya məxsusdur. “Levitating” 1 milyard 19 milyonla birinci pillədədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi