“İlhamə şantaj etdirirdi, Allah da götürmədi...”
“Türkiyədə bütün verilişlərə çıxdım. Mehmet Ali Erbil 3 gün məndən xahiş etdi ki, verilişinə çıxım. Dedim siz şounu çox sevirsiniz, bizim müğənnilərimizi ələ salırsınız. Dedi ki, verilişimizə kim necə gəlir, onunla o cür rəftar edirik”.
Minval.info xəbər verir ki, bu sözləri kulis.az-a müsahibəsində Xalq artisti Nazpəri Dostəliyeva Türkiyədəki konsertindən bəhs edərkən deyib.
O, “İlhamə Quliyevanı bağışlayardınız” sualına isə belə cavab verib:
“Sağ olsaydı sözümü deyərdim. O dünyasını dəyişib. Bu gün mənim bircə sözüm var, Allah rəhmət eləsin. Amma nə boyda haqsızlıqlar yalanlar, şantajlar yazdırırdı ki, Allah da götürmədi…”.
N.Dostəliyeva sənətçilər arasında birlik olmamağından şikayətlənib:
“Tək mənim deməyimlə düzələn deyil. Gərək səhnədə sənətdə sözünü deyən adamlar bir yerə yığılıb sözünü desin. Bu gün gənc müğənnilər var, baxmayaraq ki, sənətləri yoxdur, səhnədə, efirdə özlərini apara bilmirlər, hətta özlərindən yaşda və sənətdə böyük sənətkarlara söz də atırlar, təhqir də edirlər. Ona görə də mən ehtiyat edirəm. Çox qorxulu bir situasiya yaşayırıq”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!