"İlhamə Quliyeva dedi ki, qoyma..." Nüşabə Tunar qalmaqalı haqda
Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Tunar Rəhmanoğlu arasındakı qalmaqal səngimək bilmir.
Minval.İnfo-nun məlumatına görə, T.Rəhmanoğlu “5/5” verilişinə zəng edərək məsələ ilə bağlı açıqlama verib. O, Ələsgərlinin oğlunun kiçik toyunda çəkilən videonu qəsdən özünün yayması iddialarını rəd edib:
“Video mənim telefonumda da var, amma onu mən yaymamışam. Necə yayıldığından da xəbərsizəm. Bizim ailə həmin toya dəvət olunmamışdı. İbrahim Tatlısəs Bakıya gələndə atam da, mən də onun yanında oluruq. O da məni həmişə səhnəyə çıxardıb. Özü də deyir ki, Tunar demir, məni səhnəyə çıxart. Məclisdə də mənim oxumağımı istədi. Dedilər ki, niyə Tunar oxuyur? Amma mənim çıxışım heç 5 dəqiqə çəkmədi. Orada mənim 26 yaşım var idi. 10-12 keçib. Bizimkilərin etdiyinə hərəkətə görə pis oldum və mikrofonu verib getdim”.
Daha sonra N.Ələsgərli efirə zəng vuraraq hadisədən danışıb. O, videoda mərhum xalq artisti İlhamə Quliyevanın da etiraz etməsinə münasibət bildirib:
“İlhamə xanım mənə dedi ki, toy ərəfəsində bu nədir edirlər. Bir nəfər ayır nəzarət etsin, özbaşınalıq olmasın, qoyma. Çünki İbrahimi qoymurlar oxusun. İbrahimin oxumağında fasilələr yaranırdı. Ora pul töküb-tökməməyimin Tunara dəxli yox idi. Tunar oxuyur oxusun. Kim oxusaydı elə olacaqdı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır