İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
Azərbaycan tərəfinin təşəbbüsü ilə Rusiya və Azərbaycan prezidentləri – Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı baş tutub.
BAKU.WS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“İkitərəfli gündəliyin aktual mövzuları müzakirə edilib. Bütün sahələrdə Rusiya-Azərbaycan tərəfdaşlığını daha da gücləndirmək üçün qarşılıqlı münasibət təsdiqlənib. İlham Əliyev Vladimir Putini koronavirus infeksiyasına qarşı Rusiya peyvəndinin qeydiyyatı münasibətilə təbrik edib.
Bundan əlavə, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rusiya tərəfindən bildirilib ki, gərginliyin artmasına şərait yaradacaq istənilən fəaliyyət yolverilməzdir”, -deyə Kremlin məlumatında qeyd olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı