İlham Əliyev təhsil sahəsindəki islahatlardan danışdı
“Biz hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparırıq. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edərkən deyib.
“Çünki, biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər – gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Əminəm ki, siz səfər çərçivəsində bu məsələləri öz həmkarınızla geniş müzakirə edəcəksiniz”, – dövlət başçısı bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident və xanımı “Meysari Grand Hotel SPA”nın açılışında
VACİBYollarda təhlükə artır: DYP-dən ciddi xəbərdarlıq
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
Birinci xanımlar Bişkekdə görüşdü - FOTOLAR
İlham Əliyev Ərdoğanla görüşdü - FOTO
İlham Əliyev Paşinyanla görüşdü
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi