İlham Əliyev: "Nə qədər lazımdırsa torpaq götürəcəyik, istəsək, artıqlaması ilə"
İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçada öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Verməyəcəkmiş bu torpaqları… Kimdir səndən soruşan? Gəldik, götürdük! Vəssalam! Və götürəcəyik nə qədər lazımdırsa, istəsək artıqlaması ilə, necə ki iyul ayında götürə bilərdik”.
Minval.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı söyləyib.
“Mən bunu demişdim, iyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik. Orda da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı tuta bilməzdi və bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım, çünki siyasi iradə var və biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur”, – ölkə başçısı vurğulayıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda