İlham Əliyev manas ordeni ilə təltif edilib
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinin ali dövlət mükafatı olan “Manas” ordeni ilə təltif edib.
Minval.info xəbər verir ki, bu mükafatın təqdimetmə mərasimi zamanı çıxış edən Sadır Japarov, İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın qazandığı uğurlara toxunub.
Japarov, müasir Azərbaycanın beynəlxalq arenada mühüm rol oynadığını vurğulayaraq, İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyin gücləndirilməsi, iqtisadi inkişaf və irimiqyaslı layihələrin icrasında əldə olunan nailiyyətlərin əhəmiyyətini qeyd edib.
O, həmçinin iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın möhkəmlənməsində İlham Əliyevin səylərinin xüsusi rol oynadığını bildirib.
Qırğızıstan Prezidenti, iki ölkə arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu vurğulayaraq, müttəfiqlik xarakteri daşıdığını qeyd edib.
Japarov, İlham Əliyevin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı əlaqələrin inkişafında da mühüm rol oynadığını, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşlərində iştirakı ilə yeni imkanların açıldığını bildirib.
O, həmçinin, İlham Əliyevin regionda sülhün bərqərar olunması və yeni əməkdaşlıq mühitinin yaradılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.
“Dostluğun möhkəmləndirilməsinə sadiqliyiniz böyük hörmət doğurur. Buna görə də əziz dostum, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif etmək qərarına gəldim”, – deyə Sadır Japarov bildirib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qızıl bahalaşdı: Neft ucuzlaşdı, FES qərarı təsir etdi
FES faiz artımına davam edəcək: İnflyasiya hədəfdə
ABŞ-dən faiz artımı: Qızıl və Bitcoin ucuzlaşdı
Türkiyə-Əfqanıstan əməkdaşlığı: Kəşfiyyat sahəsində yeni mərhələ
ABŞ-dan Körfəz ölkələrinə yeni təhlükəsizlik vədləri
Fed faiz artırdı: Qlobal bazarlarda dalğalanma başladı
Qızılın qiyməti FES-in qərarını gözləyir