İkinci ərindən xəyanətə görə boşandığını açıqladı

“İkinci həyat yoldaşım, oğlum Ayazın atası dövlət işində çalışırdı. Hələ də onunla görüşürük, sağdır, 82 yaşı var. O, mənə xəyanət etdiyi üçün boşandıq. Mən də bağışlamadım”.
Minval.info xəbər verir ki, bu sözləri “Elgizlə izlə” proqramında Əməkdar artist Kübra Əliyeva deyib. O bildirib ki, həyat yoldaşının xəyanətini ona həmin qadın söyləyib:
“Mənim yanıma gəlib hər şeyi danışdı. On dörd yaşımda hekayə yazmışdım, eynisini həyatda yaşadım. Mən heç vaxt onun pulu sevmədim. Bu günə qədər kimsə deyə bilməz ki, Kübra xanım pula görə dostluq edib və sair. Sumqayıtdakı evimi çox qonşulu yerə dəyişdim. Öz əziyyətimlə düzəltdim, onun 1 qəpiyində də gözüm yox idi. Məndən sonra evləndi. Amma həmin xanımla yox. Mən o qadına çox yardım etdim. Həyatda ilk və son sevgim ikinci həyat yoldaşım olub. Məndən 10 yaş böyükdür. O vaxt əmisi oğlanları ilə Gəncəyə atamın yanına gəlib, məni istədi. İnanın mən öz imkanlarıma dolanırdım, ondan heç nə istəmirdim”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi