İki nəfər Bakıda xəstəxanada ölüb
Bərdə rayonunda baş verən yol qəzasında xəsarət alan iki nəfər Bakıda müalicə olunduqları xəstəxanada ölüb.
“Report”un Qarabağ mərkəzi xəbər verir ki, hadisə zamanı “QAZel” markalı avtomobildə olan sərnişinlər 1983-cu il təvəllüdlü Elnur İlyas oğlu Gülməmmədov və 2009-cu il təvəllüdlü İlyas Vasif oğlu Gülməmmədov ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin vəziyyətləri ağır olduğundan hər iki yaralı Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Həkimlərin səyinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, iyunun 7-də Bərdənin Alpout kəndində “QAZel” markalı iki yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərinin birinin yanacaq çənində partlayış baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı