İki gündə 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb
Ötən iki gün ərzində, yanvarın 5-dən 7-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 196 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident və xanımı “Meysari Grand Hotel SPA”nın açılışında
VACİBYollarda təhlükə artır: DYP-dən ciddi xəbərdarlıq
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
Birinci xanımlar Bişkekdə görüşdü - FOTOLAR
İlham Əliyev Ərdoğanla görüşdü - FOTO
İlham Əliyev Paşinyanla görüşdü
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi