İdarə rəisi vəzifəsindən azad olundu - YENİ TƏYİNATLAR
Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.
Nazirlikdən “Report”a verilən məlumata görə, nazirliyin Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bu vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.
“Ölkədə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, o cümlədən regionlarda mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin işinin yaxşılaşdırılması, regional mədəniyyət idarələrinin fəaliyyətinin dövrün tələbələrinə uyğun təşkili məqsədilə kadr islahatları davam etdiriləcək”, – deyə, nazirliyin məlumatında bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı