İcra başçısı “EuroHome”un sahibkarları ilə görüşür
Dünən Bakı-Sumqayıt yolunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğından sonra sahibkarlara dəyən külli miqdarda ziyanın taleyi ilə bağlı müzakirələr aparılır.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yanğın baş verən ərazidədir. İcra başçısı yanğında zərərçəkən sahibkarlarla görüşüb və müzakirələr aparır. Hazırda görüş davam edir.
Məlumata görə, görüşdə obyektin və sahibkarların mallarının sığorta olunub-olunmaması, dəyən ziyanın məbləği və onlara ödəniləcək kompensasiya məsələsi müzakirə olunur. Bu görüşün nəticəsindən sonra rəsmi qurumlarla danışıqlar aparılacaq və qanunauyğun olaraq kompensasiya verilib-verilməməsi, veriləcəyi təqdirdə məbləğin nə qədər olmasına qərar veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı