Hulusi Akar: "Terrora qarşı mübarizədə heç kim bizə mane olmasın"
“Terrora qarşı mübarizədə heç kim bizə mane olmasın”.
“Report” Türkiyənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Hulusi Akar Suriyada keçiriləcək antiterror əməliyyatı və Uraynadan taxılını ixracı ilə bağlı jrnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, “terrorçu haradadırsa, hədəf oradır” anlayışı ilə terrora qarı mübarizə davam etdirilir: “Suriyanın şimalında keçirilməsi nəzərdə tutulan antiterror əməliyyatı ilə bağlı lazımi hazırlıqlar görülür. Yeri və vaxtı çatanda lazım gələn addım atılacaq. Millətimizi 40 ildən artıqdır təqib edən terror bəlasından qurtaracağıq. Bununla bağlı əzmliyiik, qətiyik və buna qadirik. Bu məsələ ilə bağlı heç kim qarşımıza çıxıb bizə mane olmasın. Bizim yeganə hədəfimiz terrorçulardır”.
Ukraynanın 20 milyondan artıq taxılını dünya bazarına çıxara bilməməsindən danışan nazir deyib ki, bir çox bölgədə insanların ərzağa ehtiyacı var: “Məsələ ilə bağlı BMT, Rusiya və Ukrayna nümayəndələri ilə görüşlər davam edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ