Hulusi Akar: "Dünən Azərbaycanın yanında olduq, bu gün varıq, sabah da olacağıq"
“Azərbaycan türkü bizim qardaşımızdır. Biz həmişə bunu demişik, iki dövlət bir millətik. Yəni azərbaycanlılar bizim can qardaşımızdır. Oradakı Azərbaycan türkü ilə olan bizim münasibətlərimizi yaxşı anlamaq lazımdır. Biz kədərdə, sevincdə birik və bərabərik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Al Jazeera” telekanalına müsahibəsində deyib.
“Azərbaycan torpaqlarının 20%-i 30 ildir ki Ermənistanın işğalı altındadır. Biz bu məsələdə azərbaycanlı qardaşlarımızın dünən də, bu gün də mübarizəsində yanlarındayıq. Dünən olduq, bu gün varıq, sabah da olacağıq. Bizim gördüyümüz işlər 12 iyul hücumundan sonra başlamış şeylər deyil. Bu, Türkiyə ilə Azərbaycan arasında var olan münasibətlərin davamıdır. Yəni bizim hər il keçirdiyimiz quru və hava təlimləridir. Türkiyədə, Azərbaycanda etdiklərimiz var, indi də edilənlər bundan ibarətdir”, – nazir vurğulayıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı