Hovuzlarda uşaqlar üçün təhlükəli hal
“Hovuzlarda xlordan çox istifadə edildikdə və onun miqdarı çox olduqda bu, xüsusən uşaqlar üçün təhlükəyə çevrilə bilər. Məsələn, bunun dəriyə, yuxarı tənəffüs yollarına, eləcə də mədə-bağırsağa təsiri çox böyükdür. Uşaqların dərisi, orqanizmi daha həssas olduğu üçün xlor onlara daha pis təsir göstərir. Xlor yuxarı tənəffüs yollarında qıcıqlanma yarada, xlorlu suyun orqanizmə daxil olması nəticəsində isə mədə-bağırsaq sistemində zəhərlənmə baş verə bilər”.
E-tibb.az bildirir ki, bunu həkim-terapevt Rasif Bağırov bildirib.
Onun sözlərinə görə, xlor suda həll olunmuş formada olsa da, qoxusu hiss edilir: “Həm də əgər hovuzda xlordan çox istifadə edilibsə, bunun mütləq qoxusu hiss edilməlidir. Bu cür hallarda həmin hovuzda və ya kənarında dayanmaq olmaz. Bundan başqa, daha çox astmaya meylli və ya astma xəstəsi olan, eləcə də allergiyası olan uşaqlar bununla bağlı çox diqqətli olmalıdırlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır