Hoteldə sevgilisinin başını kəsən şəxsə ağır cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda hoteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib. O, bu cəzanın dörd ilini həbsxanada qapalı rejimdə çəkəcək.
Hadisədən əvvəl Aysel sevgilisi ilə hoteldə görüşüb. Orada intim münasibətdən sonra aralarında mübahisə yaşanıb. Nəriman qadına bıçaqla xəsarət yetirib, daha sonra onun başını kəsib. O, qadının üstünü örtüb, portmanatındakı pulları götürərək hoteli tərk edib.
N.Əliyev qaçsa da, Abşeron rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı