07.02.2018 - 11:29
Maqazin
31 baxış
Homoseksual məşhurlar - FOTOLAR
Bir neçə ay öncə Oskar mükafatçısı Kevin Speysi özünün “Twitter” hesabında homoseksual olduğunu açıqlamışdı.
Aktyor eynicinsinə maraq göstərdiyini açıqlayan ilk məşhur deyil. Sənət dünyasının bir çox tanınmış siması da homoseksual olduğunu dilə gətirməkdən çəkinmir.
- 1994-cü ildə homoseksual olduğunu açıqlayan “Üzüklərin hökmdarı” filminin “Gandalfı” Yan Makkelin Birləşmiş Krallıqda LGBT icmalarına rəhbərlik etməkdən də çəkinmir. Hətta o, “Gey Olimpiya oyunları”nın bağlanış mərasimində səhnəyə çıxaraq “mənim adım Yan Makkelindir, lakin siz mənə Serena da deyə bilərsiniz” söyləyib.
- Son zamanlar Hollivudun ən çox haqqında danışılan aktrisası 1992-ci il təvəllüdlü Kara Delavin biseksual münasibətlərini ictimaiyyətdən gizləmədən yaşayır.
- Riki Martin də homoseksual olduğunu gizləməyən məşhurlardandır. Musiqiçi özünün gey olduğunu kəşf edənə qədər homofob olduğunu da qeyd edir. Riki Martin 2018-ci ilin ilk günlərində də sevgilisi Cvan Yoseflə münasibətini rəsmiləşdirib.
- Bir zamanlar gənclər tərəfindən çox sevilən “Ananızla necə tanış oldum?” serialının əsas rollarından birinin ifaçısı Petrik Herris 2006-ci ildə gey olduğunu açıqlayıb. Aktyor sevgilisi Devid Burtka ilə birlikdə əkiz uşaqlara atalıq edir.
- ABŞ milli yığmasının futbolçusu Robbi Rocers 2013-cü ildə homoseksual olduğunu etiraf edib.
- Əfsanəvi “Queen” qrupunun vokalisti Freddi Merkuri homoseksual olduğu bilinən musiqiçilərdəndir.
- Ceysn Kollins ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) homoseksual olduğunu bəyan edən ilk basketbolçudur.
- Sevilən aparıcı və aktrisa Ellen Deceneres 2008-ci ildən həmcinsi Porti de Rossi ilə evlidir.
- “Sopor Eternus” musiqi qrupunun vokalisti Anna Verney əməliyyat keçirməmiş transseksual qadındır. O, əməliyyatın onun ruhi vəziyyətinə təsir edəcəyini düşünür. Lakin xarici görünüşü və fikirləri Annanı Avropa mediasının diqqət mərkəzinə çevirir.
- Azərbaycanlı müğənni Samir Bağırov da gey olduğunu gizlətmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
19.09.2026 - 14:02
Mədət Quliyev oğluyla toyda görüntüləndi
19.09.2026 - 11:55
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
19.09.2026 - 10:31
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
19.09.2026 - 10:03
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
19.09.2026 - 09:49
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
19.09.2026 - 09:35
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
19.09.2026 - 09:00
Sabirabadda saxta əlillik dərəcəsi qalmaqalı!
19.09.2026 - 08:32









