Hollivud ulduzu Bibiheybətdə - Foto

Çəkilişlərinin bir hissəsi Azərbaycanda aparılan və 1999-cu il noyabrın 8-də premyerası olan on doqquzuncu Bond filmi “Dünya kifayət deyil” filminin 22 yaşı tamam olub.
Minval.info xəbər verir ki, bununla bağlı “007” rəsmi səhifələrində fotolar yayımlanıb. Onlardan ən diqqətçəkəni isə agent 007 rolunun ifaçısı Pirs Brosnanın Bibiheybət qəsəbəsində çəkilmiş fotosu olub.
Şəkil 1,9 milyon izləyicisi olan “007” İnstaqram səhifəsində və 5 milyondan çox abunəçisi olan “Facebook”da yerləşdirilib.
Qeyd edək ki, P.Brosnan müsahibələrinin birində Azərbaycanda güllələnmə səhnəsəni xatırlayaraq “Azərbaycanda bizi çox səmimi qarşıladılar. Bu təcrübə, düzünü desəm, çox qeyri-adi idi. Biz yollarda çılğın sürətlə hərəkət etdik və hər yerdə neft buruqlarını, neft emalı zavodlarını gördük. Qeyri-adi mənzərə idi, amma film üçün bizə çox yaraşırdı. çox gözəl insanların əhatəsində xoş axşam yeməyini də xatırlayıram” sözlərini söyləyib.
NƏRMİNƏ AYDINQIZI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!