"Hiqler Azərbaycan millisini "dəfn etdi" - Avropa mətbuatı hakim səhvindən yazır
Macarıstan – Azərbaycan oyununun baş hakimi Denis Hiqlerin millimizin vurduğu təmiz qolu saymaması Avropa mətbuatının da gündəmini zəbt edib.
Macarıstan, Xorvatiya və Niderland saytları dünənki kobud səhv haqda yazıblar.
Onlardan bəzilərinin sərlövhələrini təqdim edirik:”Vecernji.hr” (Xorvatiya): “Hakimin faciəvi səhvi olmasaydı, artıq final mərhələsində idik”.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
“Ffcupdate.nl” (Niderland): “Hiqler Azərbaycan millisini “dəfn etdi”: “İnanılmaz səhv”.
“İndex.hu” (Macarıstan): “Hakimə və UEFA prezidentinə təşəkkür edirik”
“Goal.com/nl” (Niderland): “Hiqler qəzəb və inamsızlığa səbəb oldu”.
“Rangado.24.hu” (Macarıstan): “VAR sistemi olsaydı, indi Macarıstanın qələbəsindən yox, xal itkisindən danışırdıq”.
Qeyd edək ki, görüşün 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadənin vurduğu təmiz qolu qeydə almayan Hiqler, millimizi 1 xaldan edib. (Sportinfo.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq