01.03.2021 - 14:52
Gündəm 2 baxış

Hesablama Palatasının QHT-lərə Dövlət Dəstəyi Şurasındakı yoxlamalarla bağlı rəyi Milli Məclisə daxil olub

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında həyata keçirdiyi yoxlamalarla bağlı rəyini Milli Məclisə göndərib.

Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, rəy artıq parlamentə daxil olub: “Rəydə müəyyən pozuntularla bağlı məlumatlar öz əksini tapıb”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: