"Heç kim ləkəsiz, təmiz deyil" - İradə mübahisə yaratdı
“Yaşadıqlarımdan, öyrəndiklərimdən, Allah dostlarından mənə qalanlar, hamımızın, bütün insanların üstündə bir az kir, toz var. Heç kim ləkəsiz, təmiz, ağ qaşıq deyil. İnsanların çox yaxşı olduğuna və qüsursuzluğuna, əsla aldanma, yaxud özünü aldatmağa səbəb axtarma”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Paylaşımları ilə söz-söhbətə səbəb olan sənətçi bu dəfə insanların tənqidlərindən bəhs edib:
“Hardan başlayacağını bilmədiyin zərif ruhunu başa düşürəm, amma bunun üçün heç bir addım, səy göstərmədiyini başa düşə bilmirəm” deyir, bir kitabda. Əslində sənə yol xəritəsi, qiblənüma çoxdur, yetər ki, görmək isdə.
Oxumaq, araşdırmaq və yaşamaq… Bu üç amillə etdiyin axtarışların hamısı yolundur. Kirini, tozunu, pasını atmaq istəyirsənsə, ürəkli olmalısan. Olanı yoxa saymayacaq, olmayanı var saymayacaqsan. Cəsarət üzləşmək, razı olmaq isdər. Ürəyinə ağrı çəkdirmə. Ağlına, şüuruna çəkdir ağrını. Ürəyin hər zaman ağrıyacaq, sən şüurunu dinlə.
İndi get bir güzgüyə diqqətlə, cəsarətini topla və bax. Siz bu güzgü məsələsini səhv başa düşməyin. güzgünü başqalarına tutmaq rahatdır, bir də özünə tut. Başqasında qüsur, ayıb axtarmaq asandır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır