Hava təravətləndiriciləri: Evinizdəki gizli təhlükə?
Evdə xoş qoxu yaratmaq üçün hava təravətləndiricilərindən istifadə geniş yayılmışdır. Lakin bu məhsulların qapalı məkanlarda tez-tez istifadəsi bəzi sağlamlıq problemlərinə yol aça bilər.
Minval.info xəbər verir ki, hava təravətləndiricilərinin tərkibində müxtəlif ətirli maddələr və uçucu üzvi birləşmələr mövcuddur. Bu maddələr havaya yayıldıqda gözlərdə və tənəffüs yollarında qıcıqlanma yarada bilər.
Xüsusilə astma və allergiyası olan şəxslər bu məhsullardan istifadə etdikdən sonra öskürək, burun tutulması, baş ağrısı və nəfəsalma çətinliyi ilə qarşılaşa bilərlər.
ƏLAQƏLİ
Səyahət sığortası sizi yarı yolda qoya bilər: Səyahətçilərin rastlaşdığı əsas problemlər
Mütəxəssislər qapalı məkanlarda hava təravətləndiricilərindən həddindən artıq istifadə etməməyi və otaqları mütəmadi havalandırmağı tövsiyə edirlər. Evdə xoş qoxu yaratmaq üçün isə ilk növbədə qoxunun mənbəyini aradan qaldırmaq və otaqda təmiz hava dövranını təmin etmək daha məqsədəuyğun hesab olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zümrüd bədəlovadan səmimi etiraf: Qadın kimi xoşbəxtliyi övladında tapdı
Paytaxtda günəşli havada çətir daşımaq: Kondisioner suyu yağış kimi yağıdır!
Beyləqanda 21 yaşlı gəncin faciəvi sonu: Kanalın suları həyatını aldı