“Hansı Xalq artistlərinin məni gözü götürmədiyini bilirəm”

Son dövrdə populyarlaşan müğənni Hiss ( Röya Məmmədova) MTV Azərbaycan kanalını və ona maneə olduğunu düşündüyü Xalq artistlərini tənqid edib.
“MİNVAL.İNFO” xəbər verir ki, gənc pop ifaçısı instaqram səhifəsində paylaşım edərək son iki ay ərzində ona qarşı kampaniya aparıldığını iddia edib: “Mənim “Karma” adlı mahnım həftələrdir trend 1-dədir. Bütün şəhər mahnımı dinləyir, amma nədənsə MTV bunu görmür. Artıq iki aydan çoxdur ki, heç bir klipimi yayımlamırsız.
Amma ondan əvvəl TOP-lardan düşmürdüm. Nə baş verdiyini çox gözəl bilirəm. Hansı Xalq artistlərinin gözünün götürmədiyini də…
Sizin kanalda mahnımın olub-olmamağının mənim üçün fərqi yoxdur. Mahnımı dinləmək istəyən axtarışa verir və qulaq asır. Bəzi artistlər kimi güclə camaatın beyninə soxmuram. Yeni nəsili qəbul etməyi bacarın! 1, 2 ildən sonra bütün beynəlxalq musiqi kanallarında mahnılarım səslənəndə bu paylaşımımı yenidən yayımlayacam. Az qalıb, kim olduğumu sizə göstərəcəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır