Hamilə qadınlara qadağan olan 12 kosmetik prosedur - Bunları qətiyyən etməyin
Hamiləlik dövründə qadının dırnaq, dəri və saçlarında etdiyi hər bir kimyəvi prosedur bətndəki körpəyə təsir edə bilər.
Medicina.az hamiləlikdə hansı dəbli və çoxunun “zərərsizdir” düşündüyü gözəllik və baxım prosedurlarının qadağan olduğunu təqdim edir.
Hamiləlikdə ən təhlükəli dövrlər 2-3-cü həftələr, 8-12, 18-22, 28-32-ci həftələrdir.
Bu dövrlərdə aktiv salon prosedurlarından imtina edin, neytral mövqe seçin.
1.Botoks, gialuron iynələri, mezoterapiya
Hamiləlik və südvermədə qəti olmaz, kosmetoloqların vədlərinə inanmayın. Botulotoksinin istifadəsi dölün qüsurlu doğulmasına səbəb ola bilər.
Gözəllik iynələrində olan maddələr qana keçərək, ciftlə dölə keçir. Bu isə infeksya və viruslardan da acı nəticələr verir.
2.Şellak gel, dırnaq qaynağı
Kəskin qoxu, kimyəvi buxarlanma allergiya, bronxial astma və digər fəsadlar verir. Dırnaq dibindən infeksiya keçmə ehtimalı da var.
3.Kiprik qaynağı
4.Dəri ağardılmalı, ləkələrin açılması, kimyəvi pilinq – Dölün dərisinin normal formalaşmasına mane ola bilər
5.Fizioterapiya, isti bürünmələr
Ginekoloqsuz heç bir prosedur olmaz. Əks təqdirdə təzyiq qalxa bilər, şişkinlik yaranır, tonus artır, hamiləlik pozula bilər.
6.Permanent makiyaj, tatu, döymə
Bu prosedurlar zamanı ağrıkəsicilər istifadə olunur, bu da uşaqlığın tonusunu artırır. Döymə zamanı istifadə edilən rəng dərinliyə yeridildiyindən plasentaya çatır.
7.Üzün aparatla təmizlənməsi
8.Kontaktsız epilyasiya -lazer, foto və s.
Hamilələr üçün tabu olmalıdır. Krem depilyatorlardan istifadə də yol verilmir. Ən təhlükəsiz yol şuqarinq və ülgücdür
9.Saçların kimyəvi boyalarla rənglənməsi
Bir çox boyalarda ammiak var, o isə allergiya, nəfəs yollarında problem yaradır. Hamiləlikdə eko boya və xınalardan istifadə edin
10. Avtozaqar, solyariy
11.Saçların keratin düzləşdirmə, laminasiya
12.Dişlərin ağardılması
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq