“Hamı tərəfindən sevilmək saxtakarlıqdır”

“Məni qısqananları olanda xoşbəxt oluram, həm də acığım gəlir. Elə bir adamdan onu görürsən ki,düşünürsən, mən sənə belə deyiləm axı”.
Minval.info xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova MTV-də yayımlanan “10-da görüşək” verilişində deyib.
O, hamı tərəfindən sevilməyin düzgün olmadığını bildirib:
“Hamı tərəfindən sevilmək saxtakarlıqdır. O səmimiyyət deyil. Hamı səni məmnunluqla tərifləyirsə, deməli, sən uğur əldə etməmisən. İstedad, xarizma, cazibə bağışlanılmazdır. Xumarın beynində arzular var. Zaman-zaman gah göyə qalxıram, gah yerə çırpılıram. Bir də görürsən kədərlənirəm. Beynim məni rahat buraxmır. Ancaq düşünür”.
X.Qədimova sevgilisi olacaq şəxsdə ən vacib xüsusiyyətləri vurğulayıb:
“Həyatımda olan şəxs diqqətli, ləyaqətli olmalıdır. Vicdanlı olmalıdır. İnsanın vicdanı varsa, onda bütün gözəl xüsusiyyətlər var. Vicdanı olan insan diqqətli, yalançı olmur, xəyanət eləmir, narahat, məsuliyyətli, sədaqətli, haqlı olur. Vicdansızdan nə haqq umasan?”.


Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır