“Hamı pozğundursa, oxuma” - Güneldən Aqşinə
Müğənni Günel Ələkbərova meyxanaçı Aqşin Fatehin “müğənnilər pozğundurlar” sözlərinə cavab verib.
Axşam.az xəbər verir ki, o, bu barədə “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişində danışıb:
“Bəlkə, o, hamıya şamil etməyib? Qardaş, hamı pozğundursa, xoşuna gəlmir, oxuma. Niyə oxuyursan? Bəyənmirsənsə, oxuma, qurban olum. Sən necə? Bir qabdan çörək yeyirsən, sən də buradan pul qazanırsan, bəyənmədiyin digərləri də. İstər-istəməz digərləri ilə üzbəüz gəlirsən, bir masa arxasında oturursan. Kim nə deyir, özü üçün desin” deyə, Günel söyləyib.
Qeyd edək ki, A.Fateh müğənnilərin ünvanına bu sözləri işlətmişdi:
“Müğənnilərin 90 faizi bilinmir nədir: nə ətdilər, nə balıq. Hərənin bir baxış tərzi var. Elə pozğun müğənnilər var ki, onların lüks həyatı, geyimi, maşını, şəraiti uşaqlara təsir edir. Körpə baxıb düşünür ki, belə evdə yaşamaq, bahalı maşın sürmək, imkanlı olmaq üçün həmin müğənni kimi etməliyəm. Çoxları baxıb müğənniyə ibrət götürürlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır