"Hamı elə bilir ki, oliqarxa ərə getmişəm"
“Çoxları elə bilir ki, oliqarxla ailə qurmuşam. Yox. Elə düşünürlər ki, müğənninin gözü ancaq puldadır. Mən sevgini seçdim. Hər şeyi həyat yoldaşımın üstünə yıxa bilmərəm. Əsas odur övladı üçün hər şey edir”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova deyib. “Hüseynova bacıları” proqramında qonaq olan sənətçi maddi sıxıntılarından danışıb. İfaçı həyat yoldaşını mediadan gizlətməsi ilə bağlı sualı cavablandırıb:
“Nə məcburdur onu göstərim? 9 ildir bir yerdəyik. Əsas odur ki, övladının yanındadır. İmkanlı adam deyil. Mən də aciz deyiləm, qazanıram. Çox imkanlı olsaydı, evimdə oturub, evimin xanımı olardım. Uşağımın atası varlı olsaydı, nə toya, nə şou-proqrama gedərdim. Hərdən verilişə çıxardım, bəsdir.
İnsanlar toydan danışanda əsəbiləşir. Onlarda qıcıq yaradan da elə müğənnilərdir. Ona görə də müğənniyə nəsə olanda, deyirlər, əcəb olur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır