"Hamı bizdən danışar" - Xatunla Rozanı birləşdirən omba (VİDEO)
Müğənni Xatun təqdim etdiyi “Buz” klipindəki görüntülərin plagiat olmasından söz açıb.
Axşam.az-a danışan ifaçı hər şeydən xəbərsiz olduğunu deyib:
“Klipi mən çəkməmişəm. Oradakı ideyalar rejissor Nail Naiboğlunun idi. Gör-götür dünyasıdır. Mənim heç nədən xəbərim yox idi”.
Sənətçi son günlər sosial mediada müzakirə olunan omba görüntüsündən də danışıb:
“Müğənninin hər şeyindən danışılmalıdır. Mənə yazılan şərhlər çox ləzzətli idi. Bilməzdim ki, bu qədər maraqlıyam. İstədiyimiz vaxt gündəm ola bilərik. Hərdən bilmədən belə gündəm oluruq. Qadın müəyyən yaşdan sonra bədən quruluşuna diqqət etməlidir. Elə şeylər də var ki, pəhrizlə düzəlmir. Əməliyyat mütləqdir. Mən də kontur-plastika əməliyyatı keçirmişəm. Bu, sadəcə, idmana vaxtımın olmamağından irəli gəlib”.
Xatun bədən quruluşunun Roza Zərgərliyə bənzədilməsinə də münasibət bildirib:
“Roza Zərgərli çox eqzotik xanımdır. İstəyirəm ki, ikimiz duet oxuyaq və klip çəkdirək. O, sarışın, mən də qaraşın. Çox möhtəşəm olar. Onda hamı bizdən danışar. Bu görüntünün əsas səbəbi əməliyyat deyil, özül olmasa, kimisə düzəltmək mümkün deyil. Ona qalsa, Azərbaycan şou-biznesində o qədər düzələsi adamlar var ki, düzəlmirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!