“Hakim Azərbaycanın qolunu saymadığı üçün şanslıyıq” - Marko Rossi
Macarıstan millisinin baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsində evdə Azərbaycanla matçdan (0:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.
“Qafqazinfo” xəbər verir ki, italiyalı mütəxəssis Azərbaycanın qolunun sayılmadığına görə xoşbəxt olduğunu söyləyib:
“Həddindən artıq çox təzyiq altındayam. Ən azı 4-5 dəfə 2-ci qolu vurmaq fürsətimiz oldu. Son dəqiqədə isə Azərbaycan bərabərlik qolunu vurdu. Şanslıyıq ki, hakim təmiz qolu saymadı. İlk 30 dəqiqədə Azərbaycan qapımıza gələ bilmədi. Hücumlarda yaxşı iştirak etdik. Çox şeyi düzəltməliyik. Xorvatiyaya qarşı oyunumuza görə çox utanırdımsa, bu gün özümüzlə çox qürur duyuram. Heç kimi zəif hesab etmək olmaz. Azərbaycan asan rəqib deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı