Hakan Uraldan keçmiş arvadına qəribə tərif: “Sibel Can eşşək kimi işləyir”

Hakan Ural qonaq olduğu verilişdə özəl həyatından bəhs edib.
Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, keçmiş arvadı Sibel Can haqqında danışan Hakan “Üzr istəyirəm, eşşək kimi işləyir” ifadəsini səsləndirib.
Hakan Ural bildirib ki, uşaq yaşlarında pul qazanmaq üçün ayaqqabı təmizləyib, elektrikçi yanında işləyib və su satıb:
“Mən əslində aktyorluğu çox sevdim və çox sıxıntıda yaşamışam. Aktyorluğa təzə başlamışdım, məşhurlaşırdım ki, Sibel Canla evləndim. Mənim 19, Sibelin 17 yaşı var idi”.
Aktyor bildirib ki, indi övladlarına tez evlənməyə icazə verməz. Keçmiş arvadının ən çox xoşladığı xarakteri haqqında isə deyib:
“Analığını çox sevirəm. Sevdiyi insanlara qarşı fədəkardır. Hələ də elədi. Hələ də, üzr istəyirəm, eşşək kimi işləyir. Heç Sibel Canın gecə həyatı barədə nəsə eşitmisiz? İşləyər, evinə gedər. Gəlirini hara xərcləyir? Uşağına, sevdiklərinə. Bunu üzə vurmaz. Tək özünün yox, işçilərinin də ailəsinə baxır. Spirtli içki yox, siqaret yox, gecə həyatı yox, qumar oynamır, lüks yox. 16 yaşından işləyir. Qazandığını sevdiklərinə xərcləyir, xeyriyyə ilə məşğul olur. Məktəb, xəstəxana tikdirib. Mənəviyyatı olan insandır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi