Hafiz Hacıyev icra başçısı olan qohumu barədə: "Qələt edib deyir ki, guya kirayədə qalır"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qohumu olan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ailəsi ilə bərabər yataqxanada kirayə qalması barədə verdiyi açıqlamasına münasibət bildirib.
Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında deyib ki, Vilyam Hacıyevin yataqxanada kirayə qalması barədə verdiyi açıqlama tamamilə yalandır:
“Mən 10-12 ildir ki, onunla heç bir əlaqə saxlamıram. Çünki o, bədbəxt adamdır. Vilyam Hacıyev ac-yalavac da ölüb gedəcək. Mən onun əmlakları haqqında yayılan siyahıya baxmışam. Doğrusu, o siyahıda da reallıqdan uzaq məqamlar var. Mən düşünmürəm ki, onun bu qədər var-dövləti olsun. Ancaq Vilyam Hacıyevin kirayədə qalması da yalan məlumatdır. O qələt edib deyir ki, guya kirayədə qalır. Bu, ağ yalandır. Hər halda onun yaxşı yaşaması üçün normal şəraitli evi var”.
Partiya sədri qeyd edib ki, Vilyam Hacıyev qorxağın biridir:
“Onda elə ağıl yoxdur ki, xarici ölkələrdə bahalı mülkləri olsun. Vilyam Hacıyevdə harada idi elə bacarıq ki, gedib xaricdə mülklər alsın! Bildiyimə görə, onun Gəncədə dədə-baba bir evi var. Vilyam Hacıyev həmin evi təmir etdirib. Bilirsiniz, o bədbəxt və onun-bunun üçün işləyən adamdır. Mən Vilyam Hacıyevin özü üçün yaxşı gün ağlamasına inanmıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
LAÇINda çörək satan qazi : "Mən bura qazanc dalınca gəlməmişəm...
Maşının qabağını kəsib söyüş söyən sürücü 10 sutka həbs edildi - Yenilənib
“Qarabağ alınana qədər qarabağlıyam” – Meyxanaçı Ələkbər
Abel Məhərrəmovun İspaniyadakı son çıxışı - Video
Ukrayna şovinistlərə gözdağı vermək istəyir?
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ! - Bunlara diqqət edin, yoxsa... - VİDEO