Hadisənin paylaşdığı foto başına bəla oldu: “Məni söyənlərə…” – Fotolar
Türkiyənin ulduz sənətçisi Hadisə gündəmdən düşmür.
“Dərgi.az”ın xəbərinə görə, sənətçi “instagram” hesabında paylaşdığı foto ilə qalmaqala səbəb olub. Belə ki, Hadisə təhqir hesab olunan orta barmaq işarəsini tutaraq foto çəkdirib və bunu öz hesabında paylaşıb.
Paylaşıma da, “Bəyənməyənlər fotonu yaxınlaşdırsın, onlara hədiyyəm var” başlığını da yazıb. Bu foto yerli mediada günlərdir müzakirə olunur. Müzakirələrdən sonra Hadisə daha bir paylaşım edib.

“Paylaşdığım fotonu “skandal” adlandıranlara sözüm var. Məni təhqir edənlərə niyə susursunuz? Sənətçi olmağım insan olmadığım anlamına gəlmir. Məni və ya başqa sənətçini təhqir edənlərə, “Belə şərh yazmağınız skandaldır” dediyinizi heç eşitmədim.

Bir az rahat olaq bəlkə? İnsanlar sosial şəbəkələri bu qədər ciddiyə almasa, əylənmək üçün edilənləri sorğulamasa, jurnalistlər sadəcə pis yox, yaxşı şərhləri də görüb xəbər yazsa çox gözəl olmaz? Mən əylənməyi və əyləndirməyi sevirəm. 2019-cu ildə daha çox güləcəyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!