Hadisə ilə Murat “O səs Türkiyə”dən gedir? - FOTO
Reytinqləri alt-üst edən, Azərbaycan ifaçılarının da tez-tez qatıldığı “O səs Türkiyə” mahnı müsabiqəsinin münsiflər heyətində dəyişiklik olub.
Oxu.Az xəbər verir ki, vokal müsabiqəsinin təkrarolunmaz münsifləri Hadisə ilə Murat Boz Acun Ilıcalının “münsiflər dəyişəcək” açıqlamasından sonra sosial media hesablarında paylaşımları ilə “O səs Türkiyə”dən uzaqlaşmalarına işarə vurublar.
Onlar “O səs Türkiyə”də çəkilmiş şəkillərini paylaşaraq, sanki ayrılıq mesajını veriblər. Məsələ ilə bağlı sosial media əhli hər iki sənətçiyə və müsabiqənin rəhbəri A.İlıcalıya suallar ünvanlasalar da, heç bir reaksiya verilməyib.
“O səs Türkiyə”nin digər münsifləri – Beyazit Öztürklə Seda Sayanın müsabiqədə qalıb-qalmayacağına dair isə açıqlama verilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır