Hadisə bacısını məhkəməyə verdi
Müğənni Hadisə rəsmi internet saytı “hadise.com”u ona verməyən bacısı və keçmiş meneceri Hülya Açıkgözü məhkəməyə verib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, məhkəmə nəticəsini gözləməyən sənətçi yeni “hadise.world”ü aktiv edib.
Açıkgöz 2004-cü ildə Hadisənin meneceri kimi çalışdığı ərəfədə “hadise.com” adlı domeni satın almış və bacısı üçün işlətməyə başlamışdı. Saytda müğənninin yeni və köhnə mahnıları, xəbərləri, videoları yerləşdirilib. Bacısı ilə dava edən Hadisə saytı geri almağa çalışıb. Açıkgöz isə qarşılığında bacısından 35 min avro istəyib. İfaçı isə pulu ödəmək istəməyib və məhkəməyə üz tutub.
Açıkgöz isə saytı satışa çıxarıb. Bir çox yerdə də saytın satılması elanı yerləşdirilib. Bacısı sənətçinin adına olan domeni 225 min lirəyə satmaq istəyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır