Hacıqabulda ailə dramı: Sərxoş kürəkənin aqressiyası qayınataya çomaq çəkdirdi
Hacıqabul rayonunda ailə münaqişəsi nəticəsində qayınata kürəkənini çomaqla döyüb. Hadisə kürəkənin evə sərxoş gəlməsi ilə başlayıb.
Minval.info xəbər verir ki, 1965-ci il təvəllüdlü Müqabil Məmmədov, qızı və kürəkəni ilə qonşuluqda yaşayırdı. Bir neçə gün əvvəl gecə saatlarında qızı uşaqları ilə birlikdə atasının evinə gəlib və həyat yoldaşının sərxoş vəziyyətdə onu döydüyünü bildirib.
Müqabil Məmmədov çomaq götürərək kürəkəninin evinə gedib və onun sərxoş olduğunu görüb. Aralarında yaranan mübahisə zamanı Məmmədov kürəkəninə çomaqla baş və bədən nahiyələrindən zərbələr endirib.
Hadisə yerinə gələn polis əməkdaşları Müqabil Məmmədovu saxlayıblar. Faktla bağlı cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Hacıqabul Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub və zərərçəkmişə dəymiş ziyan ödənilib. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
78 yaşlı kişi nəvəsinin sevgilisini bıçaqladı: dəhşətli hadisə
Oğuzda narkotik ticarəti ilə məşğul olan şəxslər saxlanıldı
Məşhur manyak Çikatilonu ifadə verməyə nə məcbur etdi?
Gəlinini bıçaqlamaqda ittiham olunan şəxs təcridxanada vəfat etdi
Vüsal Şilderin qətli: cinayətin qiyməti 1000 manat olub?
Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Sumqayıtda keçmiş yeznəsini aldatdı, məhkəmə qərarı verildi