Hacı İsmayılov: “Afaq Bəşirqızı qazandığı hörməti niyə aşağı salır?”
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Xalq artisti Afaq Bəşirqızının İttifaq barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Minval.info “apa”ya istinadən xəbər verir ki, H. İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, A. Bəşirqızının ittihamlarının əsası yoxdur.
“Afaq Bəşirqızının fikirləri qərəzli, qeyri-obyektiv və əsassızdır. Mən onun niyə bu cür danışdığını anlamıram. Niyə özünün qazandığı hörməti, sənətkarlarımızın ona qarşı bəslədiyi xoş və səmimi münasibəti aşağı salır? Ümumiyyətlə heç bir sənətkara belə işlərə qarışmağı arzu etmirəm. Hər kəs, o cümlədən də aktyor aktyorluqla, rejissor da rejissorluqla məşğul olmalıdır”, – deyə H. İsmayılov vurğulayıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, Xalq artisti A. Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini tənqid edərək deyib ki, İttifaqın nəyə xidmət etdiyi naməlumdur. O Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda