Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını dekabrın 7-də açıqlayacaq
Haaqa Məhkəməsi Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası ilə bağlı qərarı dekabrın 7-də çıxaracaq.
Bu barədə Minval.info-ya Beynəlxalq Ədalət Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsinin sədri, hakim Coan Donohyu məhkəmə qərarını açıq iclas zamanı açıqlayacaq.
COVID-19 pandemiyası ilə əlaqədar məhkəmə zalında yalnız məhkəmə üzvləri və tərəflərin nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, bu il oktyabr ayında Azərbaycan Respublikasının “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilib. İclasda Azərbaycan tərəfini təmsil edən xarici işlər nazirinin müavini Elnur Məmmədov məhkəməni Ermənistana qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ