"Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarımı oxutdurdum"
“Milyonçu deyiləm. Boşanmış, uşaqlı qadınam. Hazırda maaşlı işə düzəlmişəm, çünki heç bir yerdən gəlirim yoxdur. “Day-dayım” və ya sevgilim də həmçinin. Haqqımda danışılan söhbətlərin mənimlə heç bir əlaqəsi yoxdur. Buna əmin ola bilərsiniz”.
Bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi yardım üçün ona müraciət edənlərə cavab verib:
“Keçmiş həyat yoldaşlarımdan aliment filan da almıram. Üçotaqlı evdə yaşayıram və 2013-cü ildə alınan avtomobil idarə edirəm. Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarıma xarici məktəb və universitetlərdə təhsil vermişəm (hazırda davam edir). Bunu etdiyimə görə özümə ayrıca hörmətim var. Heç bir müəmmallı gəlirim falan da yoxdur.
Uzun illər məşhur restoranlarla çalışmışam, reklam, ictimaiyyətlə əlaqələr, gecələrin və açılışların təşkilat işləri ilə məşğul olmuşam. Bilirsiniz ki, Fevraldan işlərimiz dayanıb. Buna baxmayaraq mütəmadi və uzun illər yardım etdiyim ailələr var.
Xahiş edirəm, mənə yazıb böyük məbləğdə yardımlar istəməyin. Məmur, bizneswoman, oliqarx deyiləm. Bacardığım qədər yardım edirəm. Hər gün ən az 10-15 nəfər məndən yardım istəyir. 18 yaşımdan reklamsız yardımlar etmişəm.
Sonuncu dəfə aksiya keçirdik, qarşılaşdığım problemləri gördünüz. Bundan sonra yardım aksiyası keçirməyə çəkinirəm, hətta qorxuram da. Sadəcə, tanıdığım ailələrə yardım etməyə imkanım daxilində davam edəcəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!