“Həyat yoldaşımın yanında daha açıq-saçıq geyinirdim”- “Azəristar”ın Kəmaləsi
“Mən sənətdən getməmişdim. Ailə qurdum, 5 il övlad həsrəti çəkdim. Sonra övladım dünyaya gəldi, onun böyüməsi üçün gözlədim. Mən ailə qurduqdan bir il sonra geri dönəcəkdim. Amma müalicə almalı oldum, ölkədən getdim. İndi isə geri dönmüşəm”.
Bu sözləri “Azəristar” yarışması ilə populyarlaşan müğənni Kəmalə Qaramollayeva deyib. Musavat.com saytının suallarına cavab verən ifaçı fotosessiyalarının müzakirə olunmasından da danışıb:
“Mən açıq-saçıq geyinməmişdim. İnsanlar artıq danışmağı sevirlər. Adi insanlar elə geyimdə küçəyə çıxır ki, məəttəl qalıram. Estrada müğənnisi olaraq bir az açıq geyinməyim normal qarşılanmalıdır. Özüm ibadətlə məşğulam. İbadət etməyim, çadra bağlayacağım anlamına gəlmir. Mən ailə həyatımda da, həyat yoldaşımın yanında da ondan açıq geyimlər geyinirdim.
– Həyat yoldaşınızdan ayrılmağınız gündəmə gəlmək üçün idi, yoxsa həqiqətən boşanmısınız?
– Boşanmamışam. Bunu bəlli bir sayt yaydı. Bir gün ərzində o qədər adam zəng etdi ki. Normal iş görsəydim, bu qədər yayılmazdı. Mən şəxsi həyatım barədə danışmaq istəmirəm. Çox gözəl ailəm var, hər şey yaxşıdır.
– Tez-tez bayağı mahnılar tənqid olunur. Sizcə bayağı mahnılar hansılardır?
– Bu cür mahnılar həmişə olub və olacaq. Onların bir ömrü yoxdur. Bir az əyləncə üçün gəlir, dinlənilir, sonra yoxa çıxır. Tarixdə o mahnılar qalmayacaq.
– Siz kimləri dinləyirsiniz?
– Estrada müğənnilərindən Tünzalə Ağayevanı dinləyirəm. Onun sənətini çox sevirəm. Muğamı sevərək dinləyirəm.
– Şou-biznesdə nələri dəyişmək istərdiniz?
– Dünyanın çox yerində bizim kimi istedadlar yoxdur. Amma bu gün bizim bəzi sənət adamlarımız sənəti çox ucuzlaşdırıblar. İstərdim ki, sənətini sevənlər gündəmdə olsun.
– İstər “Yeni ulduz”, istərsə də, “Azəristar” yarışmasından barmaqla sayılacaq qədər ifaçı bu gün gündəmdədir. Hansı keyfiyyətiniz sizi insanların yaddaşında saxladı?
– O müsabiqələr çox yaxşı idi, oradan bir çox dəyərli ifaçı çıxdı. Mənim soyadım insanların yaddaşına həkk etdi məni. Bunu dana bilmərəm. Bir də ifa tərzim məni unudulmağa qoymadı.
– Bir neçə tanınmış aparıcı, müğənni çıxıb efirdə dedi ki, övladımı istəyərək tələf etmişəm. Onların sözləri birmənalı qarşılanmadı, tənqid olundu. İctimai fiqurların bu cür açıqlama vermələri nə dərəcədə düzgündür?
– Hər kəsin şəxsi işidir. Amma mən deməzdim. Bu cür açıqlamalar həm də sənəti satmaqdır, ucuzlaşdırmaqdır. Bundan əlavə övlad həsrətində olan ana-ataları qıcıqlandırmaqdır. Mən etməzdim.
– Son günlər müğənnilərin əməliyyatları çox müzakirə olunur. Onların böyük ombaya üstünlük verməsi tənqid edilir.
– Onlar içərisində gözəl görünənlər də var. Amma mən təbiilikdən yanayam. Yaşlı vaxtımda ehtiyac olsa, əməliyyat etdirərəm. Amma gənc qızların əməliyyat etdirməsi yaxşı hal deyil. Gənclik özü gözəldir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!