"Həyat yoldaşım heç vaxt sosial şəbəkələrdə olmayacaq" - XƏYAM NİSANOV
“Yeni layihələr, mahnılar, kliplər, duet üzərində çalışıram, hətta Heydər Əliyev Sarayında solo- konsert verməyi də düşünürəm”.
Bu sözləri News24.az-a açıqlamasında gözlərdən kənar gəzən müğənni Xəyyam Nisanov deyib. İfaçı bildirib ki, onun üçün Sevgililər günü 14 fevral deyil, məhz 30 iyundur: “Azərbaycanda yaşadığımız üçün gərək, ölkəmizə xas olan adət-ənənələrə sadiq qalaq. Ona görə də bizim üçün sevgililər günü 30 iyundur. Mən bilmirəm, 14 fevral kimlər üçün bayramıdır, amma bizim üçün deyil”.
Müğənni həyat yoldaşına hədiyyə almaq üçün hər hansısa bayramı gözləmədiyini deyib: “Mən adi gündə də həyat yoldaşıma hədiyyə ala bilərəm, yəni günün heç bir fərqi yoxdur. Amma düşünürəm ki, “Sevgililər günü”ndə xanımlar bəylərindən daha çox diqqət və qayğı gözləyirlər”.
Nisanov qisqanc olduğunu xüsusi vurğulayıb: “Çox qısqancam. Yoldaşımın hər hansısa işi olanda tək çölə çıxır, amma çox zaman çalışıram hər yerə bir yerdə gedək. Məndən fərqli olaraq həyat yoldaşım məni qısqanmır. Çünki peşəmə bələddir. Həm də ona qısqanması üçün hər hansısa bir fürsət ya da səbəb vermərəm. O, sosial şəbəkələrdə yoxdur. Onun səhifəsi heç vaxt olmayıb və olmayacaq da. Mən demirəm ki, sosial şəbəkə pisdir, amma mən ailəmi mətbuatdan, internetdən daima uzaq tutacağam”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi
