"Hərdən qadına göstərməlisən ki, mən varam sən kimsən?"
“Çörəyi ver çörəkçiyə. Təsadüfi müğənnilər doludur. Camaat axmaqdır gedib 4-5 il konservatoriya, universitet bitirir. Təsadüfi adamlar gəlib aktyorluqla məşğul olurlar: bilmir komediya, yumor oynayır. Janr nədir bilmirlər, gəlib aktyorluq edirlər”.
“Minval.info” xəbər verir ki, bu sözləri Əməkdar artist Vahid Əliyev “Gəl danış” proqramında deyib. Aktyor incəsənət aləmindəki vəziyyətdən gileylənib:
“Bu gün Azərbaycan xalqının incəsənət sahəsində zövqü aşağı, primitivdir. Təsadüfi müğənnilər, musiqiçilər, aktyorlar aktyorluq edir. Tamaşaçı onlara baxanda hansı işin sahibi olacaq? Seriallarda yeni aktyorlara baxıram, onlar oynayır, yaşamırlar”.
Aktyor daha sonra qadın-kişi münasibətlərindən söz açıb:
“Ağzından yumşaq olan kişiyə hörmətsizlik olur. Demirəm əl qaldırın. Qadına əl qaldıran kişi acizdir. Amma hərdən xarakterini qadına göstərməlisən ki, mən varam sən kimsən?”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır