"Hər statusun altında dava gedir"
“Xahiş edirəm, heç olmasa, bu günlər bölünməyin, bir-birinizi qırmayın, qüsurlarınızı ağartmayın, savaşmayın”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi bir-birini tənqid edən həmkarlarına müraciət edib:
“Hər kəs “bomba oğlan, bomba qız” imicindən “bomba xalq” moduna köklənsin. Hər xırda amildə “Vətəni sevmir!” iradını yaxmayaq, hər sözdən partlamayaq. Ayrı-ayrılıqda biz balaca adamlarıq. Amma, birləşəndə böyük xalq oluruq. Dalaşmayın.
Bu günlər nə qədər irad, qınaq görürəm… Hər müzakirə, statusun altında dava gedir. Kim ağıllıdır, kim doğrudur, kim haqlıdır… Bəsdirin! Biz hamımız yaxşıyıq, mərdik, güclüyük və Vətəni sevirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır