Həmyerlimiz “O səs Türkiyə”də ağladı: “Sevdiyim qızın toyudur” - VİDEO
Azərbaycanlı iştirakçı Ozan Əhmədov “O səs Türkiyə” mahnı müsabiqəsində gözyaşı töküb.
Minval.info Musavat.com-a istinadən xəbər verir ki, müsabiqənin bu gün axşam efirə gedəcək buraxılışının anonsu yayımlanıb.
Proqramın tanıtım-çarxı azərbaycanlı iştirakçının üzərində qurulub. O.Əhmədov “Duyanlara, duymayanlara” mahnısını səsləndirib və hər kəsi göz yaşına boğub. Münsiflərdən Hadisə ifaçının gözünün dolmasının səbəbini soruşub. Əhmədov 10 ildir ki, bir qızı sevdiyini, yaxın günlərdə toyu olacağını deyib. O, danışarkən göz yaşını saxlaya bilməyib. Həmyerlimizin hekayəsi Hadisəni şoka salıb.
Qeyd edək ki, sözügedən buraxılış bu gün Bakı vaxtı ilə 22:00-da TV8-də yayımlanacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qırmızı dənizdə gərginlik artdı: Riyad və Sənada qarşılıqlı hücumlar
Lula da Silva dördüncü dəfə prezident seçildi
Avstraliyada yaşlılara qayğı sistemi tənqid olunur
Səudiyyə Ərəbistanı husilərə ağır zərbə endirdi: 5 anbar məhv edildi
İstanbulda beynəlxalq konfransda böhranlar müzakirə olundu
Keniyada Ebola təhlükəsi: ikinci ölüm hadisəsi qeydə alınıb