"Həmin pullardan xəbərim yoxdur" - Xatirə+Fotolar

“Arıqladım, yenidən kökəldim. Amma yenə də atdım çəkimi. Çox istəyirəm ki, əkiz qızlarım olsun. Hazırda başım ancaq buna qarışıqdır”.
Bu sözləri MİNVAL.İNFO-a açıqlamasında müğənni Xatirə İslam deyib. Qız anası olmaq istəyən sənətçi son günlər “food bloger” kimi çalışmasından bəhs edib:
“Səhifəni açanda düşünürdüm ki, daha səliqəli, gözəl yeməklər hazırlayım. İnsanlara yeni mahnı göstərəndə az baxış olur, nəinki yemək. Onu açandan imkan olmadı ki, səliqəli iş görüm. Yenə də baxış əla gedir. Amma evimdə çəkiliş üçün məkan düzəldəcəm. Orada peşəkar çəkiliş edib, bu işi daha da keyfiyyətli təqdim edəcəm. Özüm bişirib, özüm çəkirəm deyə, səliqəsi də, çəkilişi də məni qane etmir. Hərdən Fəxrəddin (həyat yoldaşı – red.) deyir ki, buraları nə günə qoymusan. Daha arvadam da…
Prodüserim deyir ki, fotosessiya etdirmək lazımdır. Sual verirəm ki, mahnı lazım deyil? Yaxın dostum deyir ki, qəşəng paltar geyin, şəkil çəkdir. Mahnı maraqlı deyil”.
Xatirə geyimlərini satması məsələsinə də aydınlıq gətirib:
ƏLAQƏLİ
Biləcəridə metroya yaxın mənzillər: Rahatlıq və əlverişlilik bir arada
“Qarderobuma yerləşməyən paltarları satıram. Rəfiqəm deyir ki, evdəki paltarları dağıtsan, sənə daha çox pul gələcək, hədiyyələr veriləcək. Bunu etməyənə qədər gəlməyəcək. Əvvəl heyfim gəlirdi ki, pul vermişəm. Amma başladım onları satmağa, gördüm ki, düz deyirmiş. Geyimlərdən gələn pullardan xəbərim yoxdur. Heç onların qiymətini bilmirəm. Demişəm ki, xeyriyyə işlərinə xərclənsin”.

ƏLAQƏLİ
Ceki çanın Bakıda fanatları ilə unudulmaz görüşü: Sosial mediada böyük əks-səda

NƏRMİNƏ AYDINQIZI
ƏLAQƏLİ
Azərbaycanda sosial şəbəkələr üçün yaş həddi: Uşaqların təhlükəsizliyini necə təmin edək?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Apple və openai arasında qalmaqal: Məxfi məlumatlar necə yayıldı?
Biləcəridə metroya yaxın mənzillər: Rahatlıq və əlverişlilik bir arada
Səs yazısı qalmaqalı: Məşhur kardioloq təxribat iddiaları ilə üz-üzə