Həkimlər: Tünd şokoladın insan sağlamlığı üçün daha faydalıdır
Həkimlər hər gün sağlamlığa zərər vermədən nə qədər şokolad yeməyin mümkün olduğunu müəyyənləşdiriblər.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ekspertlər hər gün tünd şokolad plitəsinin yarısını rahatlıqla yeyə biləcəyimizi düşünürlər.
Eyni zamanda, qeyd olunur ki, şokoladı günün birinci yarısında yemək daha yaxşıdır və onun tərkibində kakao miqdarı azı 50% olmalıdır. Kalori miqdarı baxımından südlü və tünd şokoladların, təxminən, bərabər olduğu vurğulanır. Ekspertlər tərkibində faydalı komponentləri çox olduğuna görə tünd şokoladın insan sağlamlığı üçün daha faydalı olması fikrini irəli sürürlər.
Həkimlərin fikrincə, mədəaltı vəzisində problemli olan şəxslər şokolad yeməməlidirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq