Həkimlər fındığa qarşı allergiyanı ölümcül xəstəlik olaraq qəbul etdilər
ABŞ-ın Kolorado ştatında həkimlər doqquz yaşlı xəstə qıza toksik şok diqnozu qoyaraq qoz-fındıq allergiyası ilə səhv salıblar.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Avqust ayında Qabriella Bondi valideynlərinə dərisinin həddindən artıq quruması barədə şikayət edib və onu həkimə aparıblar. Həkimlər bunun qoz-fındığa qarşı yüngülvari allergik reaksiya olduğunu söyləyib. Ancaq bir neçə gündən sonra qızın saçları tökülməyə başlayıb və bədəni ağrılı qırmızı səpkilərlə örtülüb.
Uşağın 35 yaşlı anası Kristin Bondi-Serrato (Christine Bondi-Cerrato) qızı təcili yardıma aparıb. Orada ona həyati təhlükəli diaqnoz – toksik şok sindromu diaqnozu qoyulub.
Belə təhlükəli toksinlər buraxan və daxili orqanlara təsir edən bakteriyaların qan dövranına keçməsi nəticəsində həyat şərtləri üçün təhlükəli hal meydana gəlir. Xəstəliyin əsas əlamətlərindən biri səpkilərdir.
Qız antibiotik müalicəsi alıb və demək olar ki, sağalıb.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır